PSJ Mbappeyə 100 milyon avro borcludur

23:15 - 22 İyun 2024

PSJ Mbappeyə 100 milyon avro borcludur

Parisin “Paris Sen-Jermen” (PSJ) klubu sabiq hücumçusu Kilian Mbappeyə 100 milyon avro borcludur.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, PSJ Mbappenin gedişini elan etdiyi vaxtdan onun maaşını ödəməyib.

Hazırda problemi həll etmək üçün fransalı forvardın nümayəndələrinin yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Klubun futbolçuya iki aylıq maaş və bonuslar daxil olmaqla bütün məbləği ödəyəcəyi güman edilir.

Kilian Mbappe 7 ilini keçirdiyi PSJ-dən ayrıldığını bu ilin mayında açıqlamışdı. İyunun 3-də hücumçunun “Real Madrid”lə müqavilə imzaladığı rəsmən açıqlanıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin