Rəsədxana kosmik hava durumunu AÇIQLADI

22:14 - 24 İyun 2024

Rəsədxana kosmik hava durumunu AÇIQLADI

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Rəsədxanadan Manset.az-a bildirilib ki, Günəş fəallığı bir qədər zəifləyib. Həmçinin tac kütlə atılmaları qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 176 ləkə müşahidə olunur. Geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hazırda kosmik hava sakitdir.

İyunun 30-dək Günəşdə C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.

Günəş küləyinin sürətinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qismən artacağı, sonra isə nominal hala dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qeyri-sabit olacağı, sonra isə sakit olacağı proqnozlaşdırılır.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin