Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Manset.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yolayrıcında mikroavtobusla minik avtomobili toqquşub.
Qəzada xəsarət alan 12 nəfər rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.