UEFA reytinqində Azərbaycanın yeri bəlli oldu

10:24 - 12 İyul 2024

UEFA reytinqində Azərbaycanın yeri bəlli oldu

Qitə kuboklarının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaycan 17.000 əmsalla 25-ci pillədə qərarlaşıb.

Buna “Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Şerif”i üstələməsi (1:0) səbəb olub. Bu qələbə ölkəmizə 0,250 əmsal qazandırıb.

Azərbaycan Kipri (16,975) arxada qoyub. 24-ci pillədə Slovakiya (17,125) qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (89,160) başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az