Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı müsabiqə elan edib.
Manset.az xəbər verir ki, müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq.
Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.
Orta Qrant Müsabiqəsi (OQM) üzrə qrant məbləğinin yuxarı həddi - 30000 manat (icra müddəti 6 ayadək) olacaq.
Böyük Qrant Müsabiqəsi (BQM) üzrə qrant məbləğinin yuxarı həddi - 50000 manat (icra müddəti 6 ayadək) olacaq.
Müsabiqədə iştirak üçün tələblər:
Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Prosedurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarınlarına uyğun aparılır (yerli QHT-lərə münasibətdə).
Koalisiya kimi müsabiqədə iştirak edən QHT-lər üçün tələblər:
- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;
- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dilində)
- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, sayt və s. digər məlumat mənbələri);
- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz;
- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;
- Koalisiya hər 2 müsabiqəyə (OQM və BQM) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.
Müsabiqədə üstünlük verilən meyarlar:
- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;
Ətraflı
- Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan ölkələrdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olması;
- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:
- layihə təklifi (nümunə əlavə olunur - orta, böyük qrantlar üzrə, məntiqi çərçivə);
- layihənin icra planı (nümunə əlavə olunur);
- layihənin xərclər smetası (nümunə əlavə olunur);
- layihə büdcəsinin maliyyə əsaslandırılması (nümunə əlavə olunur);
- Koalisiyada iştirak edən hər bir yerli QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
- QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti (yerli QHT-lərə münasibətdə);
- QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (yerli QHT-lərə münasibətdə);
- Qrant məbləğinin köçürüləcəyi əsas icraçı QHT-nin bank hesabı barədə məlumatlar;
- Koalisiyada iştirak edən hər bir yerli QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur);
- Əsas icraçı QHT-nin OQM üzrə son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10, BQM üzrə son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur);
- Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (nümunə əlavə olunur);
- Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur).
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
- Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri.
QHT-lər üçün 50 min manatlıq qrant müsabiqəsi elan edildi
12:50 - 15 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
01 Aprel 2026 - 17:20
Masallıda faciəli şəkildə ölən ailə ilə bağlı YENİ DETALLAR
01 Aprel 2026 - 12:38
Bəy toyda taxılan qızıllara görə 4 nəfəri öldürdü - DƏHŞƏT
01 Aprel 2026 - 18:12
Hazırda 20 yolda tıxac var - SİYAHI
01 Aprel 2026 - 12:44
Prezidentdən mühüm SƏRƏNCAM
01 Aprel 2026 - 14:01
Tanınmış jurnalist qaçırıldı - FOTO
01 Aprel 2026 - 12:16
Nazir direktoru vəzifəsindən azad etdi - Yeni təyinat
01 Aprel 2026 - 00:47
Türkiyə Futbol üzrə Dünya Çempionatına vəsiqə qazandı - YENİLƏNİB
01 Aprel 2026 - 15:01
Məşhur modelin məzarı açıldı - Bunu görənlər şok oldu
01 Aprel 2026 - 15:53
İran dini liderindən YENİ MESAJ
01 Aprel 2026 - 14:55
"WhatsApp"dan gözlənilməz YENİLİK
01 Aprel 2026 - 16:34
Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi
01 Aprel 2026 - 12:14
2 avtomobil ağır qəza törətdi - 5 nəfər öldü
Xəbər xətti
- 02 Aprel 2026
- 00:01 Aprel döyüşlərindən 10 il ötür
- 01 Aprel 2026
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:33 Aeroport yolunda sürət həddi endirildi
- 23:17 Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
- 22:54 Toral kiçik qızına ad günü edir - VİDEO
- 22:32 Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı apardı
- 22:16 ABŞ ordusu İranla müharibədə 15 PUA-sını itirib
- 21:53 12 mindən çox vətəndaşa fişinq məktubları göndərilib
- 21:31 Sarkisyanın partiyası seçkilərdə iştirak etməyəcək
- 21:14 "İran ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcək"
- 20:59 59 yaşlı qadın hamamda öldü
- 20:44 İcra başçısı şəhid məzarlarını ziyarət etdi - FOTOLAR
- 20:27 "“Qarabağ hərəkatı”nı davam etdirməməliyik” - Paşinyan
- 20:16 İsrailin Livana endirdiyi zərbələrdə ölənlərin sayı ARTDI
- 19:58 “Paşinyan və Əliyevin səyləri sayəsində vəziyyət stabilləşib”
- 19:43 Özbəkistanın Baş naziri Azərbaycandadır
- 19:29 Əli Əsədov TDT-nin Baş katibi ilə görüşdü
- 19:14 Abşeronun ərazilərində içməli su təminatı bərpa olunur
- 18:51 Putin Paşinyanla görüş keçirir
- 18:47 Portuqaliya Azərbaycanda səfirlik açacaq
- 18:39 Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edildi
- 18:23 Qırğızıstanın Baş naziri Azərbaycana gəldi
- 18:12 Hazırda 20 yolda tıxac var - SİYAHI
- 17:59 ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 34-cü ildönümü qeyd olundu
- 17:43 Bu ölkə də savaşa hazırlaşır - Xalqa müraciət olundu
- 17:36 Pakistanda böyük çöküntü - Ölən və yaralananlar var
- 17:24 Okan Buruk Türkiyənin qələbəsindən danışdı
- 17:20 Masallıda faciəli şəkildə ölən ailə ilə bağlı YENİ DETALLAR
- 17:18 Mübahisə etdilər - Ərini tüfənglə öldürdü
- 17:12 "İran atəşkəs istədi, düşünəcəyik" - Trampdan AÇIQLAMA
- 16:46 Rusiya Azərbaycana təşəkkür etdi
- 16:34 Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi
- 16:16 Bakıda 12000 manatlıq mobil telefon oğurlandı - VİDEO
- 16:02 Abşeronda yağışın fəsadları aradan qaldırılır - FOTOLAR
- 15:53 İran dini liderindən YENİ MESAJ
- 15:42 İstanbulda zəlzələ baş verdi
- 15:30 Hərbi təyyarə qəzaya uğradı - 29 nəfər həlak oldu
- 15:25 "Bu, bizim müharibəmiz deyil" - NATO-dan ABŞ-yə cavab
- 15:21 Ağdərədə mina partladı - Yaralanan var
- 15:19 Araz Əhmədov səyyar qəbul keçirdi - FOTOLAR
- 15:01 Məşhur modelin məzarı açıldı - Bunu görənlər şok oldu
- 15:00 “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başa çatdı
- 14:55 "WhatsApp"dan gözlənilməz YENİLİK
- 14:44 Bu məktəbdə tədris dayandırıldı
- 14:30 AFFA "Kəpəz"i cərimələdi
- 14:10 15 yaşından kiçiklərə sosial media qadağası
- 14:01 Tanınmış jurnalist qaçırıldı - FOTO
- 14:00 Qubada “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirildi - FOTOLAR
- 13:52 2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?
- 13:35 Vilayət Eyvazov qəbul keçirdi - VİDEO
- 13:21 Azərbaycanda ASC-lərdən biri ləğv edilir