Depressiya ilə mübarizənin asan yolu tapıldı

07:30 - 21 İyul 2024

Depressiya ilə mübarizənin asan yolu tapıldı

Parlaq işığa məruz qalmaq depressiya əlamətlərini yüngülləşdirir.

 

Manset.az medicina.az-a istinadən xəbər verir ki, bunu Brigham Qadın Sağlamlığı Mərkəzinin alimləri açıqlayıblar.

Onların fikrincə, parlaq işıqlar depressiya əlamətlərini yaxşılaşdıra bilər.

Araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub.

Araşdırmada 6 600 nəfər iştirak edib. Alimlər iştirakçıların həyat tərzi vərdişlərini təhlil edərək, hər bir könüllünün parlaq işıq altında (gün işığına ekvivalent olan məruz qalma səviyyəsi) müntəzəm olaraq keçirdiyi vaxtın miqdarını müəyyən ediblər. Daha sonra tədqiqatçılar iştirakçıların gecə yuxusunun keyfiyyəti və müddəti haqqında məlumat toplayıblar. Subyektlərdən depressiya əlamətlərini aşkar etmək üçün xüsusi anketləri doldurmaları da istənilib.

Nəticələr göstərib ki, parlaq işıqda keçirilən vaxtın artırılması bu xəstəliyin əlamətlərini yaxşılaşdırır.

Elm adamları işığa məruz qalmağın sirkadiyalı ritmlərin təbii tənzimləyicisi rolunu oynadığını və yuxu nizamlılığının indeksini artırdığını irəli sürüblər. Bu göstərici insanın yuxu cədvəlinin (yatmaq və oyanma vaxtlarına ciddi riayət etmək) ardıcıllığını əks etdirir.

Tədqiqatçıların fikrincə, keyfiyyətli yuxu psixi sağlamlığı inkişaf etdirən əsas amillərdən biridir.

Parlaq işığa məruz qalmağın iştirakçılarda D vitamini səviyyəsinin artması ilə əlaqəli olduğu da aşkar edilib. Bununla belə, D vitamininin müxtəlif konsentrasiyaları özlüyündə depressiyanın yaxşılaşması və ya pisləşməsininin göstəcisi hesab edilməyib.

Qeyd edək ki, elm adamları daha əvvəl diabetin təşviş pozuntusu və depressiya riskini artırdığını açıqlamışdılar.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin