Azərbaycanda jurnalist "Milli Mətbuat Günü"ndə qəfil vəfat etdi - FOTO

13:15 - 22 İyul 2024

Azərbaycanda jurnalist \"Milli Mətbuat Günü\"ndə qəfil vəfat etdi - FOTO

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə jurnalistin sonuncu dəfə çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

O 44 yaşında, bu gün "Milli Mətbuat Günü"ndə dünyasını dəyişib.

Fərqanə Quliyeva cərrahi əməliyyatdan sonra vəfat edib.

Qeyd edək ki, Fərqanə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilirdi. Müxtəlif şirkətlərdə tərcüməçi işləyib.

O “Report” İnformasiya Agentliyində də çalışıb. Fərqanə Quliyeva AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az