Tom Kruz Fransanın "Fəxri Legion" ordeni ilə təltif edildi

07:30 - 29 İyul 2024

Tom Kruz Fransanın \"Fəxri Legion\" ordeni ilə təltif edildi

Tom Kruza Fransada "Fəxri Legion" ordeninin cəngavər rütbəsi verilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, mükafatı aktyora ölkənin mədəniyyət naziri Raşida Dati təqdim edib.

Kruz Parisi mükəmməl nümayiş etdirdiyi "Mümkünsüz missiya. Ölümcül haqq hesab. Hissə 2" filminin çəkilişinə görə ordenə layiq görülüb.

Qeyd edək ki, "Fəxri Legion" ordeni Fransanın ən nüfuzlu dövlət mükafatlarından biridir. Keçmişdə ona başqa kino xadimləri də layiq görülüb: Robert Redford, Martin Skorseze, Klint İstvud və başqaları.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az