AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim

10:12 - 01 Avqust 2024

AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim

1 avqust 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL bütün müntəzəm beynəlxalq reysləri üzrə “GATE20” xüsusi promokodu ilə aviabiletlərin güzəştli satışına start verir. Sərnişinlər promokoddan istifadə edərək biletləri 20% endirimlə ala bilərlər.

 

Manset.az xəbər verir ki, endirim biletin tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

 Aksiya yalnız AZAL-ın mobil tətbiqi üzərindən həyata keçirilir və yalnız böyük sərnişinlər (ADULT) üçün keçərlidir. Promokod təkcə ekonom sinif aviabiletlərinə şamildir.

Təklif avqust ayının 1-dən 8-nə kimi alınan təyyarə biletlərinə tətbiq olunur və aviaşirkətin 20 sentyabr-31 oktyabr 2024-cü il tarixlərində yerinə yetirəcəyi reyslərini əhatə edir.

 Aviabiletləri güzəştlə əldə etmək üçün bron zamanı AZAL-ın mobil tətbiqinə daxil olmaq və promokod hissəsində “GATE20” açar sözünü qeyd etmək lazımdır. Bundan sonra sistem biletlərin endirimli qiymətini göstərəcək.

 

AZAL-ın mobil tətbiqini linkə keçid alaraq yükləmək olar: https://bit.ly/azal-app.

 

Aviaşirkət hər kəsi bu fürsətdən faydalanmağa və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etməyə dəvət edir!

 

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az