ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları ləğv etdi

17:08 - 01 Avqust 2024

ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları ləğv etdi

ABŞ və Britaniyanın üç böyük hava yolu şirkəti təhlükəsizlik narahatlıqlarına görə İsrailə uçuşları ləğv edib.

 

Manset.az "CNN"ə istinadən xəbər verir ki, Amerikanın "United Airlines", "Delta Air Lines" və Böyük Britaniyanın "British Airways" aviadaşıyıcıları artan təhlükəsizlik gərginliyinə görə uçuşları ləğv etmək qərarına gəliblər. 

Bildirilib ki, aylardır davam edən sərhədyanı atəş mübadiləsi fonunda İsrail və Hizbullah arasında genişmiqyaslı müharibə qorxusu artıb. Hizbullahın yüksək rütbəli komandirinin öldürülməsi isə bu gərginliyi daha da artırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az