2 şahmatçımız dünya çempionatında iştirak edəcək

12:36 - 02 Avqust 2024

2 şahmatçımız dünya çempionatında iştirak edəcək

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə şahmatçılar arasında  rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.

 

Manset.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan 2 şahmatçıyla təmsil olunur. Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.

Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən yarış 9 turdan ibarət olacaq. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az