Türkiyədə azərbaycanlı iş adamı çayxanada güllələndi
9 Oktyabr 2024
19:06 - 2 Avqust 2024
Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Manset.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı kubalı Endi Qranda ilə qarşılaşıb.
Rəqibinə üç şido (cərimə) ilə uduzan U.Kokauri mübarizəni dayandırıb.
Bununla da Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla başa vurublar. Belə ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Qeyd edək ki hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçulardan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin