Aİ “yeni vəba” təhlükəsini elan etdi

12:59 - 3 Avqust 2024

Aİ “yeni vəba” təhlükəsini elan etdi

Avropa İttifaqında (Aİ) fentanilin artması regionda yeni “qara vəba”ya səbəb ola bilər.


Manset.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin İtaliyadan olan deputatı Paolo İnselvini deyib.

"Təəssüf ki, Avropa İttifaqında narkotik vasitələrin və opioidlərin istifadəsi durmadan artır. Təkcə 2021-ci ildə 87,4 milyon Avropa vətəndaşı narkotik vasitələrdən istifadə edib, onlardan bir milyonu opioidlərdən həkim resepti olmadan istifadə edib. Bu təhlükəli tendensiya Avropada milyonlarla insanın həyatına son qoya bilər”, - o bildirib.

Bundan əvvəl ABŞ-nin keçmiş Prezidenti Donald Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib. 2023-cü ildə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) ölkədə Meksikadan gətirilən fentanildən həddindən artıq istifadə nəticəsində ölüm hallarının 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin