Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi həyatını itirib.
Manset.az APA-ya istinadən xəbər verir ki, üzərinə ağac aşan Oğuz rayon sakini, 1988-ci il təvəllüdlü Fuad Bayramov xəstəxanada vəfat edib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
***
13:45
Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.
Manset.az xəbər verir ki, hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.
O, aldığı xəsarətlərdən komaya düşərək Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.