Biləsuvar sakini motosikletlə kanala düşüb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, idarəetməni itirən sürücü motosikletni su kanalına aşırıb. Qəza nəticəsində 1987-ci il təvəllüdlü Məzahim Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.