“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu
13 Oktyabr 2024
18:42 - 4 Avqust 2024
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edib.
Manset.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Hakan Fidan Misirin yeni xarici işlər naziri Badr Abdellaty ilə görüşəcək.
Görüşdə Misir Prezidenti Abdelfattah es-Sisinin Türkiyəyə planlaşdırılan ilk səfərinə hazırlıq, iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın anlaşma ilə bağlı müzakirə aparılacaq.
Qeyd edək ki, Hakan Fidan öncə Misirlə Qəzza sərhədindəki Rafah sərhəd-keçid məntəqəsinin qarşısına gəlib, İsrailin Qəzzada əməliyyatları dayandırması üçün beynəlxalq ictimaiyyətin təzyiqləri artırmasını vacib sayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin