Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü

23:30 - 04 Avqust 2024

Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın Gəncədə xəstəxanada dünyasını dəyişib. 

 

Manset.az-ın məlumatına görə, 66 yaşlı  Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır. 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az