İtaliyalı Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

15:15 - 5 Avqust 2024

İtaliyalı Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

Paris-2024 Yay Olimpiya Oyunlarında hündürlüyə tullanma yarışında iştirak edəcək italiyalı Canmarko Tamberi problemlə üzləşib.

 

Manset.az xəbər verir ki, atlet mübarizənin başlamasına 2 gün qalmış xəstəxanaya yerləşdirilib.

Buna səbəb idmançıda böyrək daşları olması şübhəsidir.

Tamberi baş verənlərə baxmayaraq yarışda iştirak edəcəyini bildirib:

"Bunlara layiq deyiləm, Olimpiada üçün hər şeyi etmişəm. Oraya necə çatacağımı bilmirəm, amma tullanan sektorda olacağam. Vəziyyətimə baxmayaraq, son tullanışa qədər hər şeyimi verəcəyəm. Buna and içirəm".

Qeyd edək ki, Tamberi Tokioda keçirilən son Olimpiya Oyunlarının qızıl mükafatçısıdır.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin