Mehriban Əliyeva Orxan Aslanovu təbrik etdi - FOTO
7 Sentyabr 2024
17:18 - 6 Avqust 2024
İngilis alimi Tim Berners-Li 33 il əvvəl, 6 avqust 1991-ci ildə "World Wide Web" (www) layihəsini təqdim edən mətnin daxil olduğu ilk veb-saytı açıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hərbi və akademik araşdırmalar üçün məhdud çıxışla həyata keçirilən internet, ticarətdən təhsilə, əyləncədən nəqliyyata qədər həyatın demək olar ki, hər sahəsini yenidən formalaşdıran texnoloji inkişaf olaraq ön plana çıxıb.
İngilis alimi Tim Berners-Li-nin “World Wide Web” (www) layihəsini təqdim edən mətni özündə əks etdirən ilk internet saytı 20 dekabr 1990-cı ildə nəşr olunub.
O zaman yalnız İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzindən (CERN) daxil olmaq mümkün olan internet saytı hələ “www” kimi fəaliyyət göstərmirdi. Beləlikə, dövrün ən böyük ixtiralarından biri sayılan internet insanlar arasında ünsiyyətdən ticarətə, təhsilə, nəqliyyata kimi həyatın bütün sahələrində ən çox istifadə edilən alətə çevrilmişdir.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin