Dünyaca məşhur ulduzlar ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qremmi mükafatlı müğənni Beyonsun Harrisin kampaniyasına 4 milyon dollar bağışlayacağı məlum olub.
Həmçinin digər tanınmış adlar da 5 noyabr 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün dəstəklədikləri namizədləri açıqlamağa başlayıb.
Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin yarışdan geri çəkilməsindən sonra namizədliyini açıqlayan Kamala Harrisə dəstək getdikcə artıb.
Fidan Əliyeva
Manşet.az