La Lİqa komandalarından olan "Barselona" Almaniyanın "RB Leipzig" komandasının ispaniyalı yarımmüdafiəçisi Dani Olmonu heyətinə qatdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klubdan verilən açıqlamada 26 yaşlı Dani Olmo ilə 2030-cu ilə qədər müqavilə imzalandığı bildirilib.
Bir müddət “Barselona”nın gənclərdən ibarət komandasında olan Dani Olmo “RB Leipzig” və “Dinamo Zaqreb”də çıxış edib.