Çinin cənub-qərbində güclü yağışlar səbəbindən 80 mindən çox insanın təxliyə edildiyi açıqlanıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, avqustun 9-dan bəri təsirli olan yağışlar bölgədə daşqınlara səbəb olub.
Yerli hakimiyyət orqanları sel nəticəsində bəzi evlərin dağıldığını və 80 mindən çox insanın bölgədən təxliyə edildiyini açıqlayıb.
Fidan Əliyeva
Manşet.az