Sənəd qəbulunun müddəti uzadılır

18:55 - 12 Avqust 2024

Sənəd qəbulunun müddəti uzadılır

“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulunun müddəti avqustun 26-dək uzadılır.

 

Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.

Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az