Daha bir jurnalistə vəzifə verildi - FOTO
9 Oktyabr 2024
09:55 - 13 Avqust 2024
Azərbaycanın Əməkdar müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Hikmət Məmmədov vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hikmət Süleyman oğlu Məmmədov 1938-ci ildə anadan olub. O, 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) çalışıb. Təqaüdə çıxana qədər ali təhsil müəssisəsinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışıb. 2012-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə "Əməkdar müəllim" fəxri adı, 2018-ci ildə isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı" ilə təltif olunub. AzMİU-nun fəxri professoru olan H.Məmmədov 30 dərslik və dərs vəsaiti, 1 monoqrafiya və 200-ə yaxın elmi məqalələrin müəllifidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin