Keçən ay indiyədək müşahidə edilən “ən isti iyul” kimi qeydə alınıb

17:43 - 15 Avqust 2024

Keçən ay indiyədək müşahidə edilən “ən isti iyul” kimi qeydə alınıb

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına  görə, ötən ay indiyədək müşahidə edilən “ən isti iyul” ayı kimi qeydə alınıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada iyul ayında ölçülən orta qlobal səth temperaturunun 20-ci əsrin orta göstəricisindən 1,21 dərəcə yüksək olduğu bildirilib.

NOAA-nın 175 illik qlobal məlumatlarına görə, tarixdə "ən isti iyul" ayı eyni zamanda ən yüksək temperatura malik ardıcıl 14-cü ay olub.

Həmçinin qeyd olunub ki, Afrika, Avropa və Asiya qitələri tarixdə “ən isti iyulu” ayı yaşasa da, Şimali Amerika da “ikinci ən isti iyul”u yaşayıb.

Digər tərəfdən, eyni ayda ölçülən dəniz səthinin temperaturu "ikinci ən isti iyul" ayı olaraq qeyd edilib.

Ətraf Mühit üzrə Milli Mərkəzin (NCEI) qlobal illik temperatur reytinqinə əsasən, 2024-cü ilin rekord "ən isti il" olma ehtimalı yüzdə 77, ən isti 5 il arasında olması ehtimal edilir.


Xəbər xətti

10 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin