Rusiya və BRİKS ölkələri ticarətində rekord məbləğ

17:39 - 16 Avqust 2024

Rusiya və BRİKS ölkələri ticarətində rekord məbləğ

Qərbin sanksiyalarına cavab olaraq Rusiya beynəlxalq ticarətdə öz ağırlığını Moskva ilə əməkdaşlığı davam etdirən ölkələrə, xüsusən də BRİKS üzvlərinə verib və bu sahədə ciddi irəliləyişlər əldə edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov Rusiya ilə BRİKS ölkələri arasında ticarət həcminin keçən il 300 milyard dollara yaxınlaşdığını və bu ilin ilk 5 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artdığını bildirib .

Əlixanov ticarət həcminin artması ilə bağlı verdiyi rəqəmlərə bu il BRİKS-ə yeni qoşulan ölkələrlə ticarətin hələ də yer almadığına diqqət çəkib.

Qeyd edək ki, inkişaf etməkdə olan dünyanın beş ən böyük ölkəsi olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın baş hərflərindən ibarət olan BRİKS Qərbin birtərəfli iqtisadi əməkdaşlığına alternativ olaraq ortaya çıxan və həm iqtisadi, həm də üzv ölkələr arasında mədəni əməkdaşlıq.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin