Məşhur voleybolçudan qalmaqallı paylaşım

11:56 - 19 Avqust 2024

Məşhur voleybolçudan qalmaqallı paylaşım

Ötən gün Türkiyə Super Liqasının 2-ci həftəsində "Beşiktaş" və "Antalyaspor" üz-üzə gəlib. “Beşiktaş” azarkeşi olan voleybolçu Ebrar Karakurt matçın gedişində etdiyi paylaşımla diqqət çəkib.

 

 

Manset.az xəbər verir ki, Karakurt sosial media hesabından "Beşiktaş" matçının baş hakimi Mehmet Türkmenin qərarlarına münasibət bildirib.

Voleybolçu əvvəlcə "Matçımızın hakiminin doğulduğu yer Antalyadır?" sözlərini paylaşıb.

O, daha sonra "Hakimə baxmayaraq... İstanbulun sahibi Boğazın kralıdır" deyib.

Ebrar Karakurtun paylaşımları qısa zamanda sosial mediada trend olub. Voleybolçunun tvitlərinə "Beşiktaş" azarkeşləri böyük maraq göstərib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az