"Fənərbaxça" Joao Pedro ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Sarı-göylülər Joao Pedro ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb:
"Peşəkar Futbol A Komandasının oyunçularından olan João Pedro ilə qarşılıqlı razılıq əldə olunub və onun müqaviləsinə xitam verilib. Ona karyerasında uğurlar arzulayırıq".