Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Belçikada Valloniya-Brüssel Təhsil Şəbəkəsi (WBE) avqustun 26-da başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirməsini qadağan etmək qərarına gəlib.
Qadağa 132 min 600 tələbəni əhatə edəcək.