Bakının əsas prospektlərindən olan Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.
Manset.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, üzü "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən avtomobillər tunelə girişdə zəncirvari qəza törədib.
Bir neçə markalı maşınların iştirakı ilə zəncirvari qəza baş verib. Ziya Bünyadov prospektindən "Koroğlu" metrosu istiqamətinə gedən yol bağlanıb.
Hazırda yolun açılması üçün lazımi tədbirlər görülür.