Suriya prezidenti Tükriyə ilə münasibətlərin yaxşı olmadığını açıqladı

15:32 - 27 Avqust 2024

Suriya prezidenti Tükriyə ilə münasibətlərin yaxşı olmadığını açıqladı

Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə bağlı açıqlama verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bəşər Əsəd Türkiyə ilə normallaşma səylərinin indiyə qədər uğursuz olduğunu açıqlayıb:

"Vasitəçilərin ciddi və səmimi səylərinə baxmayaraq, cəhdlər heç bir əhəmiyyətli nəticə verməyib. Münasibətlərin bərpası ilk növbədə onun məhvinə səbəb olan səbəblərin aradan qaldırılmasını tələb edir”, - Suriya lideri bildirib.

Əsəd türk əsgərlərinin Suriyadan çəkilməsini istədiyini, lakin bunun normallaşma danışıqları üçün şərt olmadığını da bildirib.

Xatırladaq ki, Türkiyə 2011-ci ildə Suriya ilə əlaqələri kəsib.

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az