Ay Yapım-ın yeni mövsüm üçün NOW-da yayımlayacağı "İşğal Günlerinde Aşk" serialının hazırlıqları davam edir.
Manset.az türk mediasına istinadla xəbər verir ki, Kənan İmirzalıoğluna böyük büdcə təklif edildiyi iddia edilib. İmirzalıoğlu təklifi qəbul edərsə, 1918-ci ildə başlayan serialda Əkrəm Mayoru canlandıracaq.
Yeni mövsümdə nümayiş olunacaq seriallar tez-tez gündəmdədir. Bunların arasında “İşğal Günlərində Aşk” serialı da var idi. Ay Yapım-ın istehsal etdiyi serialı Nadim Güç idarə edəcək.
Serialda qadın baş rol Hilal Altınbilekə təklif edilib.