Ukraynanın yeni XİN rəhbəri o seçildi - FOTO

16:15 - 5 Sentyabr 2024

Ukraynanın yeni XİN rəhbəri o seçildi - FOTO

Ali Rada Ukrayna xarici işlər nazirinin keçmiş birinci müavini Andrey Sibiqanın yeni xarici işlər naziri təyin edilməsinə razılıq verib. 

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.

Açıqlamada bildirilib ki, bu qərarı 258 deputat dəstəkləyib.

Məlumata görə, Ali Rada idarənin keçmiş rəhbəri Dmitri Kulebanın istefasına səs verib. Kulebanın istefası yalnız ikinci cəhddə təsdiqlənib.

Belə ki, bir gün əvvəl məsələ gündəmə gələndə səsverməyə çıxarılmamışdı, çünki prezidentyönlü partiya lazımi sayda səs namizədi toplaya bilməmişdi.

Xatırladaq ki, daha öncə Ukraynada prezident aparatında çalışmış Sibiqanın namizədliyini bundan əvvəl dövlət başçısı Vladimir Zelenski təqdim etmişdi.

СМИ: Жена Макрона до 30 лет была мужчиной, который имел пять детей | 1news.az | Новости


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin