Gürcüstan ABŞ-yə yeni sanksiyaların nəticələri ilə bağlı xəbərdarlıq göndərib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Amerika tərəfi kritik nöqtəyə yaxınlaşıb və bundan başqa oxşar qərar qəbul edilərsə, Gürcüstanın gürcü-amerikan münasibətlərinə dair mövqeyinə əhəmiyyətli dərəcədə yenidən baxılmasına gətirib çıxara bilər” – Baş nazir İrakli Kobaxidze ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan ilə görüşdə deyib.
Qeyd edək ki, bundan əvvəl Vaşinqton bəzi Gürcüstan vətəndaşlarına qarşı yeni maliyyə sanksiyaları tətbiq etmişdi.