Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub.
Manset.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər. Əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində nümayiş etdirilən "Mədəniyyətimiz naxışların izi ilə" adlı sərgi ilə tanış olublar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümümün tamam olduğunu qeyd edib. Bildirib ki, 18 sentyabr həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. 1995-ci il sentyabrın 18-də Ümummilli lider Heydər Əliyev tərəfindən hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında fərman imzalayıb. Dahi bəstəkarın doğum günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu tədbirlərin ən əhəmiyyətlisi ilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalıdır. Adıçəkilən mötəbər musiqi bayramının bu il 16-cı dəfə gerçəkləşir.
Qeyd olunub ki, sentyabrın 18-dən 28-dək keçiriləcək festivalın proqramı üzrə Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəmkir, Lənkəran və Naxçıvanda maraqlı tədbirlər, konsertlər təşkil ediləcək. Eyni zamanda bütün ölkə üzrə bu münasibətlə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərslərini əhatə edir.
Budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Vyana, Türkiyə, Rusiya, Koreya, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) simpoziumu təşkil olunur. Simpozium çərçivəsində “Qədim mirasın əks-sədaları: türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” adlı müzakirə və panellər keçirilir.
Nazir müavini söyləyib ki, ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən onun xəritəsinə mədəniyyət paytaxtımız, Üzeyir bəyin doğma yurdu Şuşa şəhərinin də əlavə olunmasıdır: "Builki festivalda da Şuşa şəhərində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Şərqin ilk muğam operası – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” ölməz əsərinin tamaşası nümayiş olunacaq. Eyni zamanda Şuşadan daha bir görkəmli bəstəkarımız, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı da uzun müddət musiqisevərlərin zövqünü oxşayacaq, qəlblərində silinməz izlər qoyacaq. Üzeyir Hacıbəylinin sənəti tarixi-mədəni irsimizin ayrılmaz bir parçası kimi daim öz dəyərini qoruyub saxlayacaq".
Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra", "Firuzə" operasından "Firuzənin ariyası", xor və orkestr üçün "Bahar nəğməsi", bariton, xor və orkestr üçün "Kantata", "Milli marş", S.Ələsgərovun səs və orkestr üçün "Eşq olsun sənətkara" balladası, M.Mirzəyevin "Böyük ustada ithaf" poeması, İ.Hacıbəyovun piano və orkestr üçün "Cəngi" rapsodiyası, Ə.Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işləyəni Ayaz Qəmbərli), F.Əmirovun "Üzeyir Hacıbəyliyə ithaf", V.Allahverdiyevin "Aşıqsayağı" (Üzeyir bəyə ithaf) və S.Hacıbəyovun "Karvan" simfonik lövhəsi səsləndirilib.
Möhtəşəm gecədə ifa olunan hər bir əsər adını Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazdıran fədakar şəxsiyyətin əziz xatirəsinə ehtiramın ifadəsi kimi yaddaşlara köçüb. Bütün çıxışlar gurultulu alqışlarla qarşılanıb.
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi - FOTOLAR
10:26 - 19 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
11 Mart 2026 - 12:44
İcra başçısı Rüfət Nasosnunu niyə qəbul edib? - Meyxanaçıdan AÇIQLAMA
11 Mart 2026 - 21:42
Bakıya gələn həmin "həkim" saxlanıldı
11 Mart 2026 - 12:23
Müctəba Xamenei ilə bağlı İrandan rəsmi açıqlama - Ölüb?
11 Mart 2026 - 17:41
Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - ÜZR İSTƏYƏCƏK
11 Mart 2026 - 11:15
Türkiyə yenidən silkələndi - İkinci zəlzələ
11 Mart 2026 - 14:35
Naxçıvanda taxıl ehtiyatını mənimsəməyə görə cinayət işi açılan məmurun FOTOSU
11 Mart 2026 - 18:19
Hazırda 23 yolda tıxac var - SİYAHI
11 Mart 2026 - 16:58
Paşinyan İlham Əliyevə təşəkkür etdi
11 Mart 2026 - 13:10
Baş nazir hərbçilərin maaşları ilə bağlı QƏRAR
11 Mart 2026 - 13:50
Azərbaycanın ən yaxşı aktyor və aktrisası onlar seçildi - SORĞU
11 Mart 2026 - 16:23
Talibandan dünyanı silkələyən QƏRAR
11 Mart 2026 - 15:39
Şimalı Koreya dünyaya gözdağı verdi
Xəbər xətti
- 12 Mart 2026
- 02:03 22-ci günün duası - İmsak və iftar vaxtı
- 01:41 İran ABŞ bazalarındakı “Patriot” sistemlərinə zərbələr endirdi
- 01:28 "ABŞ və İsrail İranın ən qədim bankını bombaladılar" - Əraqçi
- 01:12 İsrailin Livana zərbələri nəticəsində ölənlərin SAYI
- 00:42 Tehranda polis postlarına hücum - Ölənlər var
- 00:17 "ABŞ Hörmüz boğazının minalandığını düşünmür" - Tramp
- 00:08 Pezeşkian münaqişəyə hansı halda son qoyacağını AÇIQLADI
- 00:05 İlham Əliyevlə Antonio Koştanın birgə mətbuat bəyanatı
- 00:02 “Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
- 11 Mart 2026
- 23:52 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:37 FTB-dən Kaliforniyada İran PUA-ları ilə bağlı XƏBƏRDARLIQ
- 23:22 “Avroviziya 2026” təmsilçimiz və ifası ilə bağlı tənqidlərə rəsmi MÜNASİBƏT
- 23:01 2 yaşlı uşaq su kanalında boğuldu - Yevlaxda FACİƏ
- 22:49 "ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək" - Tramp
- 22:31 Azər Əliyev sədr təyin edildi
- 22:27 Jelka Tsviyanoviç Azərbaycana gəldi
- 22:23 Prezidentin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu - FOTOLAR
- 22:12 Antonio Koşta İlham Əliyevə təşəkkür etdi
- 21:54 Könül Həmzəyeva saxlanıldı
- 21:42 Bakıya gələn həmin "həkim" saxlanıldı
- 21:31 İran Hörmüz boğazında onlarla mina yerləşdirib
- 21:15 “Sülhdən yaxşı heç nə ola bilməz” - Prezident
- 20:59 Qusarda əkin sahəsindən meyit tapıldı
- 20:42 2 qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
- 20:29 İlham Əliyevlə Antonio Koşta mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR - YENİLƏNİB
- 20:12 Türk Hava Yolları İrəvana uçuşlara başladı
- 19:57 Əliyevalar "Yaşama Dəstək" Mərkəzində - FOTOLAR
- 19:48 Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşdü - FOTOLAR
- 19:31 Tiktoker “Şiva” həbs edildi
- 19:29 Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana getdi - FOTOLAR
- 19:14 SEPAH donanmasının komandanı Hörmüzlə bağlı şərtini AÇIQLADI
- 18:56 ƏƏSMN ilə TƏBİB-in 9 yaşlı uşağa LAQEYD münasibəti - Bir koddan asılı qalan həyat
- 18:46 “Sinəmdəki xəritə Azərbaycanla sülhün simvoludur” - Paşinyan
- 18:28 "İranla müharibə tezliklə sona çatacaq" - Tramp
- 18:19 Hazırda 23 yolda tıxac var - SİYAHI
- 18:07 Əli Əsədov QƏRAR imzaladı
- 17:55 "Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşımızdır"
- 17:47 "Gələn ay Azərbaycan Prezidentini Brüsseldə gözləyirik"
- 17:41 Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - ÜZR İSTƏYƏCƏK
- 17:38 Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyir
- 17:36 60 yaşlı qocalmayan adam görənləri şok etdi - FOTO
- 17:34 "Müavinlərin işdən çıxarılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir" - AAYDA
- 17:30 "Ölkəmiz davamlı olaraq iqtisadi və siyasi mövqeyini möhkəmləndirir"
- 17:29 "Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır"
- 17:20 ABŞ İran müharibəsində Türkiyə itki verdi
- 17:13 Mbappe məşhur aktrisa ilə görüntüləndi - FOTO
- 16:58 Paşinyan İlham Əliyevə təşəkkür etdi
- 16:39 İspaniya İsraildəki səfirini geri çağırdı
- 16:36 Azər Qasımlıya hökm oxundu
- 16:33 "WhatsApp"dan istifadəçiləri şok edən QƏRAR - Ödənişli olacaq?
- 16:23 Talibandan dünyanı silkələyən QƏRAR