Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
2 Noyabr 2024
14:05 - 24 Sentyabr 2024
Bakının 8 Noyabr prospektində aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.
Bu barədə Manset.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır. Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.
Asafaltlanma işləri yekunlaşan kimi avtonəqliyyat vasitələrinin hərəkəti üçün qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Bununla da prospekt boyunca rahat və fasiləsiz gediş-gəliş təmin olunacaq.
Qeyd edək ki, yenidənqurma işləri ilə əlaqədar prospektin 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində müvəqqəti olaraq avtonəqliyyat vasitələri üçün əks istiqamətdə ikitərəfli hərəkət təmin olunub.
Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin