Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Manset.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə bədii hissə təqdim edilib. Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirilib. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olunub.
Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayıb, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.
Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.
Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.
Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTOLAR
17:58 - 02 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Sentyabr 2026 - 11:30
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
14 Sentyabr 2026 - 12:24
Prezident qəbul keçirdi
14 Sentyabr 2026 - 10:13
Tarixə düşəcək dəhşətli istilər – Beləsi olmayıb
DTX-nin saxladığı "Çevik" ləqəbli Məqsəd Bağırov həbs edildi
14 Sentyabr 2026 - 17:51
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
14 Sentyabr 2026 - 10:47
Veteran polkovnik vəfat etdi - FOTO
14 Sentyabr 2026 - 10:58
İlham Əliyev “SABAH.city”nin açılışında - FOTOLAR
14 Sentyabr 2026 - 14:25
Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR
14 Sentyabr 2026 - 14:03
Joze Mourinyodan Arda Gülər barədə tərif - “İnanılmazdır”
14 Sentyabr 2026 - 08:48
Qırmızı xətt üzrə interval bərpa olundu - YENİLƏNDİ
14 Sentyabr 2026 - 15:37
Bu müəllimlərin maaşı artacaq - Emin Əmrullayev açıqladı
14 Sentyabr 2026 - 16:50
Xəyalət “ustası”, ulduzu sönmüş Davidin müraciət şousu – Kazımbala, ölkəyə gəl, 9-cu zona ağlayır sənin üçün!
Xəbər xətti
- 15 Sentyabr 2026
- 01:30 Soyuq hava niyə xəstələndirir?
- 00:30 Mbappe sabiq klubuna təzminat ödəyəcək
- 14 Sentyabr 2026
- 23:56 Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü
- 23:44 Türkiyədə əməliyyat - 1600-dən çox adam saxlanıldı
- 23:29 41 yaşlı qadını maşın vurub öldürdü
- 23:12 “Fənərbaxça” turu 1 xalla başa vurdu
- 22:49 "Ağ Şəhər"də qəza - Xəsarət alanlar var - FOTO/VİDEO
- 22:34 Netanyahu ABŞ-yə səfər edəcək
- 22:16 Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var
- 21:51 Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Eşqi Bağırovdan açıqlama
- 21:36 Şirvan suvarma kanalının yenidən qurulması işlərinin hazırkı vəziyyəti nəzərdən keçirildi - FOTO
- 21:19 "Sabah" "Şəfa"ya qalib gəldi
- 21:01 Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi - FOTO
- 20:56 Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlandı
- 20:41 "Məğlub İran razılaşma əldə etmək istəyir, ABŞ buna hazırdır" - Tramp
- 20:28 "Neftçi" futbolçusu ilə yollarını ayırdı
- 20:10 Prezident ona təqdim olunan 500 min dollarlıq mükafatı bu fonda bağışladı
- 20:07 Qəza törədən təyyarə tarlaya düşdü - 3 nəfər həlak oldu
- 20:02 U-19 millimiz yoldaşlıq oyununda Moldovaya uduzdu
- 19:55 İkardinin yeni klubu bəlli oldu
- 19:42 Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
- 19:23 Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
- 19:12 Lənkəranda 3 yaşlı uşaq binadan yıxıldı
- 19:06 Azərbaycan və BƏƏ arasında sənədlər imzalandı
- 18:47 İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
- 18:41 "Kurtlar Vadisi"nin ssenaristləri ifadə verdilər
- 18:32 Xəstəxanada qorxunc gerçəklə qarşılaşdı - Ürəyində iynə tapıldı
- 18:29 Hazırda 14 yolda tıxac var - SİYAHI
- 18:25 Süni intellekt şirkətlərinin səhmləri kəskin ucuzlaşdı
- 18:16 Etna vulkanı püskürdü - Hava limanı bağlandı
- 18:11 DTX-nin saxladığı "Çevik" ləqəbli Məqsəd Bağırov həbs edildi
- 18:10 Husilər Səudiyyə Ərəbistanı hədəfə aldı
- 18:06 Aİ-dən süni intellekt şirkətlərinə XƏBƏRDARLIQ
- 18:00 Netflix məşhur oyunu filmə çevirəcək
- 17:59 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı
- 17:54 2 avtobus 1 avtomobil toqquşdu - 21 nəfər öldü
- 17:51 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
- 17:45 Müəllimlərin ikinci sertifikasiya imtahanı nə vaxt keçiriləcək?
- 17:38 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır
- 17:30 "Bəzi ixtisaslarda bakalavr təhsili 3 il olacaq" - Nazir
- 17:23 Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşdü
- 17:15 Ramiz Mehdiyevin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ
- 17:07 44 min müəllim süni intellektdən istifadə edəcək
- 16:58 Avropada 15 yaşadək uşaqlara sosial media məhdudlaşdırılsın – Makron
- 16:50 Xəyalət “ustası”, ulduzu sönmüş Davidin müraciət şousu – Kazımbala, ölkəyə gəl, 9-cu zona ağlayır sənin üçün!
- 16:47 ABŞ və Səudiyyə Ərəbistanı arasında kritik görüş
- 16:45 AZAL-ın alt qurumunda yeni TƏYİNAT
- 16:38 TuranBank beynəlxalq mükafata layiq görüldü
- 16:30 Məktəblərdə dərs saatları dəyişdiriləcək? – Nazirdən cavab
- 16:21 ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir - VİDEO
- 16:13 Qırmızı işıqda yolayrıcına girən skuterçiləri maşın vurdu - ANBAAN VİDEO