Rəhbər vəzifəyə təyinatla bağlı YENİ QAYDA

11:02 - 3 Oktyabr 2024

Rəhbər vəzifəyə təyinatla bağlı YENİ QAYDA

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən ediləcək.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

Belə ki, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin