Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı blogger Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb bloggerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub.
Manset.az Big.az-a istinadən xəbər verir ki, Səidə Bəkirqızı məlumatı təsdiqləyib.
Məsələ ilə bağlı aparıcının vəkili Yaqub Nəcəfli açıqlamasında bildirdi ki, "Bayramova Səidə Bəkir qızının vəkili olaraq bildirirəm ki, müvəkkilimin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıması ilə əlaqədar hüquqi proses qanunla müəyyən olunmuş qaydada başladılaraq tərəfimizdən aidiyyəti məhkəməyə müraciət edilmişdir. Eyni zamanda mövcud sübutlar, o cümlədən müstəqil mütəxəssis rəyi, artıq müvafiq instansiyaya təqdim olunmuşdur.
Hazırda məhkəmə araşdırması davam etdirilir. Prosesin hazırkı mərhələsində əlavə şərh vermək məqsədəmüvafiq hesab edilmir, lakin, nəticə hüquqi yolla məhkəmə tərəfindən müəyyənləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir".