Fələstin Futbol Federasiyası fələstinli qapıçı Salim Əl-Əşqarın İsrail hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Federasiyanın yaydığı bəyanata görə, Khadamat Khan Younis klubunun qapıçısı Salim Əl-Əşqar işğalçı qüvvələrin açdığı atəş nəticəsində həlak olub.
Çilinin yüksək futbol liqasında çıxış edən "Club Deportivo Palestino" klubu da hadisə ilə bağlı başsağlığı mesajı yayıb.
Klubun açıqlamasında deyilir: "32 yaşlı fələstinli qapıçı Salim Əl-Əşqarın faciəvi ölümü bizi dərin kədərə qərq edib. Onun İsrail ordusu tərəfindən öldürüldüyü bildirilir. Belə hadisələrin davam etməsi bizi ciddi narahat edir. Ədalət və sülh tələb edirik".
Hadisə ilə bağlı İsrail tərəfinin mövqeyi açıqlanmayıb.