logo
logo logo
logo

Xanım Yadigarlı istefa verdi

21:28 - 01 İyul 2026

Xanım Yadigarlı istefa verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı işdən çıxıb.


Manset.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında paylaşım edib.

X.Yadigarlı əvvəllər mərkəzin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri olub.

“Bu il media və televiziya sahəsində fəaliyyətimin 15 ili tamam olur. Bu yolun son 5 ilə yaxın hissəsini isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışdım. Şəxsi təşəbbüsümlə bu fəaliyyətimi də artıq başa vurdum”, - o bildiribb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az