"Bavariya" PSV klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi İsmael Saybarini heyətinə qatıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Almaniya təmsilçisinin yaydığı məlumata görə, futbolçu ilə 2031-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb. Saybari "Bavariya"da 34 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, yarımmüdafiəçi hazırda Mərakeş yığmasının heyətində DÇ-2026-da iştirak edir. O, turnirdə meydana çıxdığı 4 matçda 3 qol vurmağı bacarıb.