Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
10 Noyabr 2024
23:12 - 3 Oktyabr 2024
COP29-un Azərbaycanda keçirilməsi ölkədə həm siyasi, həm iqtisadi, həm də turizm və investisiya kimi bir çox sahələrə töhfə verəcək.
Manset.az xəbər verir ki, dünya ölkələri üçün yeni mərhələ olan enerji keçidi prosesinə Azərbaycanın söz sahibi olması, həmçinin regionda ilk dəfə baş tutan COP29 kimi mühim tədbirə ev sahibliyi etməsi qarşıdakı dövrdə daha aydın şəkildə müsbət tərəflərini ortaya qoyacaq.
COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib ki, COP çərçivəsində ölkəyə gələn qonaqlar və şirkətlər həm də yeni investroların cəlb edilməsi deməkdir.
COP29 rəsmisi həmçinin qeyd edib ki, Azərbaycanın hazırkı mərhələdə neft və qaz sahəsindən əldə etdiyi təcrübə yaşıl enerjiyə keçid sahəsində də xüsusi rol oynayacaq.
Tədbirin siyasi üstünlüklərindən danışan BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə bildirib ki, Azərbaycanın belə qlobal tədbirə ev sahibliyi etməsi dünyaya birlik, sülh mesajı verməsi deməkir.
Qeyd olunub ki, Azərbaycan BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər isə karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır. Bu, dünya birliyinin ölkəmizə olan etimadının göstəricisidir.
Ətraflı “Xezerxeber.az”ın videomaterialında:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin