Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
14:27 - 8 Oktyabr 2024
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə qanvermə aksiyasına start verilib.
Manset.az xəbər verir ki, iki gün davam edəcək qanvermə aksiyası STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil edilib. Artıq ənənə halını alan bu nəcib aksiyanın ilk günü STM-nin direktoru Elnur Azadxanov, direktor müavinləri, struktur bölmə rəhbərləri də daxil olmaqla könüllü olaraq qatılan 100-dən çox əməkdaşı qan veriblər.
Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülür.
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, aksiya sabah yekunlaşacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin