Nima Rinji adlı 18 yaşlı gənc "dünyanın ən yüksək zirvələrinə qalxmaq" missiyasını başa vurub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Nima Rinji Sherpa Tibetin 8027 metr hündürlüyündəki Şişa Panqma zirvəsinə çatmaqla "dünyanın ən yüksək zirvələrinə qalxmaq" missiyasını tamamlayıb.
Nepallı gənc alpinist dünyanın 8000 metrlik 14 zirvəsinin hamısına qalxan ən gənc insandır.
"Bu zirvə təkcə mənim şəxsi səyahətimin kulminasiyası deyil, həm də bizim üçün müəyyən edilmiş ənənəvi sərhədlərdən kənarda xəyal qurmağa cəsarət edən hər bir alpinistə hörmətdir", - o bildirib.