Hava ilə bağlı əhaliyə MÜRACİƏT
3 Noyabr 2024
16:41 - 16 Oktyabr 2024
"Rabitə işi" ilə bağlı məhkum edilmiş "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun qızı yeddi il sonra əmlaklarının müsadirə edilməsindən şikayət edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, maraqlı şəxs kimi işə qoşulan Günay Seyidli atasının cinayəti ilə əlaqədar ailə üzvlərinin adına olan əmlakların müsadirə edilməsinə etiraz edib.
Şikayət onunla əsaslandırılıb ki, dəymiş ziyanın əvəzi olaraq dövlət nəfinə alınmış əmlaklar Beytulla Hüseynovun işlədiyi - cinayət baş verən dövrdən əvvəl alınıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri maraqlı tərəfin, onun müdafiəçisinin və prokurorun çıxışlarını dinlədikdən sonra şikayəti qəbuledilməz hesab edib. Məhkəmə belə qənaətə gəlib ki, müsadirə edilmiş əmlakların satılıb ziyanın ödənilməsinə sərf edilməsi tamamilə qanunu və əsaslıdır.
Qeyd edək ki, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib - red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalov və digərləri 2017-ci ildə külli miqdarda yeyintiyə görə məhkum ediliblər. Dəymiş ziyana görə, onların özlərinin və ailə üzvlərinin adlarına rəsmiləşdirilmiş çoxsaylı əmlakları müsadirə edilib. "Rabitə işi" kimi yadda qalan cinayətlə bağlı 7 il 6 ay azadlıqdan məhrum edilmiş B.Hüseynov 2 il sonra əfv edilib. Eyni ildə son olaraq 4 il müddətinə məhkum edilmiş V.Zeynalov cəzasının yarıdan çoxunu çəkdiyi üçün vaxtından tez azadlığa buraxılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin