Polis orqanlarında bəzi vəzifələrə qəbul müsabiqəsi ELAN EDİLİR
3 Noyabr 2024
09:28 - 20 Oktyabr 2024
İsrail ölkənin Baş naziri Benyamin Netanyahunun Kesariyadakı iqamətgahına edilən hücuma cavab verəcək.
Manset.az xəbər verir ki, bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.
“Sui-qəsd cəhdinə cavab veriləcək”, - deyə mənbə qeyd edib. Onun sözlərinə görə, İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır, çünki “Hizbullah” hərəkatını dəstəkləməkdə davam edir.
Qeyd edək ki, Baş nazirin iqamətgahına hücum şənbə günü, oktyabrın 19-u səhər saatlarında baş verib. Livandan buraxılan pilotsuz təyyarə binaya düşüb. Netanyahu və həyat yoldaşı partlayış zamanı orada olmayıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin