Dubaya gedənlərin DİQQƏTİNƏ! - Bu səbəbdən həbs oluna bilərsiniz

17:45 - 14 Noyabr 2024

Dubaya gedənlərin DİQQƏTİNƏ! - Bu səbəbdən həbs oluna bilərsiniz

Dubayda turist qanunu pozduğu üçün həbslə təhdid edilib.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, ABŞ-dən olan turist Dubayda internetdə mənfi rəy yazdığı üçün həbs təhdidi edilib.

Məlumata görə, Nyu-York ştatından olan 33 yaşlı Kreyq Ballentayn dostlarını ziyarət etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə gəlib.

Bir it salonunda heyvan bərbəri kimi işə düzəlib və bu vəzifədə təxminən yarım il işləyib. İşəgötürənlə problemləri yarandıqdan sonra o, internetdə salonla bağlı mənfi rəy yazıb.

Qısa müddət sonra Dubay polisi Ballentaynı saxlayıb. Yerli hüquqşünaslar amerikalıya işin bağlanması ehtimalının praktiki olaraq sıfıra bərabər olduğunu bildiriblər.

"BAE-də yaxın zamanda qəbul edilən kibercinayət qanunları əcnəbilər üçün kabusdur. Şikayətçinin polisə birinin təhqiramiz və ya kobud bir şey paylaşdığını deməsi kifayətdir," deyə hüquq müdafiə təşkilatı "Dubayda Həbs Olunanlar"ın (Detained in Dubai) nümayəndəsi Radha Sterlinq bildirib.


Xəbər xətti

2 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin