3 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı

15:45 - 17 Noyabr 2024

3 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı

Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.

 

Manset.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının VI turunda səfərdə İsveçlə matçda iştirak etməyəcək.

Əhmədzadə viza ala bilmədiyi üçün İsveçə aparılmayıb.

Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin