ÜST rəhbəri xəstəxanaya yerləşdirildi

15:49 - 21 Noyabr 2024

ÜST rəhbəri xəstəxanaya yerləşdirildi

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus xəstəxanaya yerləşdirilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

O, Rio-de-Janeyronun qərbində yerləşən Barra-da-Tijuka rayonunda xəstəxanaya yerləşdirilib. 

Bu həftə G20 sammitinin keçirildiyi vaxt özünü pis hiss etməyə başlayıb və dərhal səhiyyə mütəxəssisləri tərəfindən müayinə edilib. Əvvəlcə yüksək qan təzyiqinə qarşı dərman alıb və vəziyyəti sabitləşdikdən sonra bir müddətə müalicə üçün xəstəxanaya yerləşdirilib.

Xəstəxanada keçirilən müayinələrdən sonra Tedrosun vəziyyəti sabit olub və o, hələlik müşahidə altındadır.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin